Kanada

Xaricdə təhsil

Xaricdə təhsil

Təhsil yolu ilə Kanadaya immiqrasiya Kanada təhsil baxımından dünyada ən çox seçilən ölkələrdən biridir. Dünyaca məşhur universitetləri və kollecləri ilə dünyanın hər yerindən bir çox müxtəlif əyalət və şəhərlərdə tələbələrə müxtəlif proqramlar təklif edir. Yeni qüvvəyə minmiş qanunlarla Kanadada 2 il təhsil alaraq immiqrasiya əldə edə bilmək Kanadanı təhsildə cəlbedici edən səbəblərdən biridir. ESL (İngilis dili) dərsləri hər məktəb tərəfindən 2 il və ya daha çox müddətə seçilən və təhsil alacaq proqrama qədər ingilis dili səviyyəsi aşağı olanlar üçün təklif olunur. Kanadaya yalnız dil məktəbi ilə gəlmək immiqrasiya prosesinə heç bir təsir göstərmir və məktəbin sonunda immiqrasiya prosesini başlatmış sayılmır.   Ümumiyyətlə, əksər xarici tələbələr Kanadada təhsillərini başa vurduqdan sonra daimi oturum izni almaq üçün yollar axtarırlar. Bu hamının bildiyi faktdır. Kanada Beynəlxalq Təhsil Bürosunun (CBIE) məlumatına görə, bu göstərici beynəlxalq tələbələrin 60 faizini təşkil edir.   Bəs Kanadada təhsil almaq beynəlxalq tələbələrə Federal Ekspres Giriş sistemi vasitəsilə daimi yaşayış yeri əldə etməyə imkan verirmi? Təhsilini bitirdikdən sonra immiqrasiya üçün lazımi şərtləri yerinə yetirərlərsə, bəli belə bir imkan yaradılır. • İş icazəsi ərizəsi universiteti bitdikdən sonra 90 gün ərzində edilir. • İki illik Kanada orta təhsili olanlar ümumi bala 30 bal əlavə edə bilərlər. • Əldə edəcəkləri iş icazəsi müddəti demək olar ki, universitetdə oxuduqları vaxta bərabərdir. • Kanadada bir il iş icazəsi ilə işləmək iki il iş 40 bal verir.   Kanadaya iş təklifi ilə gəlmək Artıq Kanadadan iş təklifi alaraq Kanadaya gəlib rezidentura təhsili almaq artıq asan proses deyil və ən çətin və riskli proseslərdən biri olaraq görülür. Əvvəlki illərdə bu imtiyazdan sui-istifadə halları çoxaldığı üçün bu qanun Kanada hökuməti tərəfindən yenidən nəzərdən keçirilmiş və qanuna işəgötürənlərin başqa ölkələrdən işçi gətirə biləcəyi prosesə bir çox dəyişikliklər edilmişdir. İlk növbədə iş təklifi verəcək şirkət kiçik şirkət deyil, orta şirkət olmalı və sonra bu şirkət Kanadada rəsmi iş axtarışı şirkətləri və internet saytlarında axtardığı işçinin reklamını verməlidir. Şirkətə müraciət edənlərlə müsahibə aparmağa, müsahibə və nəticələrin qeydlərini saxlamağa və nəticələri bildirməyə və yalnız axtarılan şəxsin minimum 6 ay ərzində Kanadada yaşadığı sübut olunarsa, dəvət göndərməyə icazə verilir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, Kanadaya getməyin ən asan yolu immiqrasiya üçün tələbə vizası və ya turist kimi turist vizası alaraq müvəqqəti getməkdir. Amma hər iki halda kifayət qədər pul və daşınmaz əmlak göstərməli və Kanada səfirliyini geri dönəcəyinizə inandırmalısınız. 2 həftədən 4 həftəyə qədər tələbə və iş vizası almaq mümkündür. Əgər ailə immiqrasiya vizası alırsınızsa, dörd aydan altı aya qədər, müstəqil immiqrasiya vizası üçün müraciət edirsinizsə, səkkiz ay, bəzən 24 aya qədər gözləməli olacaqsınız. Kanadada təhsil və sağlamlıq kimi sosial imkanlar çoxdur. Bununla belə, vergilər çox yüksəkdir. Kanadada Necə Təhsil Almaq Olar? – 2024 Dünyanın ən təhsilli və ekoloji cəhətdən ən təmiz ölkələrindən biri olan Kanada dünyaca məşhur universitetlərə ev sahibliyi etməkdədir. Həmin məşhur universitetlərə Toronto, Montreal və Vanguard kimi nüfuzlu universitetləri aid etmək olar. Yaşayış standartları, iqtisadi zənginlik və əcnəbilərə qarşı xoş və mülayim münasibət baxımından Kanada son illər ərzində beynəlxalq tələbələr tərəfindən ali təhsil almaq üçün ən çox seçilən ölkələrdən birinə çevrilmişdir. Yüksək keyfiyyəli təhsil sistemi ilə, təcrübə imkanları ilə və təhsil aldıqdan sonra geniş iş imkanları ilə tələbə dostu sayılan bir ölkədir. Niyə Kanadada Təhsil Almalı?     Hər il minlərlə əncəbi tələbə ali təhsil almaq üçün yüksək keyfiyyətli təhsil sisteminə və qabaqcıl universitetlərə sahib olan Kanada dövlətini seçir. Kanada universitetləri tələbələrə Amerika, İngiltərə və dünyanın bir çox nüfuzlu universitetlərində olan akademik keyfiyyət baxımından bir çox təhsil dərəcələri və proqramları təklif etməkdədir. Tələbə inkişafını təşviq etmək və bacarıqlarını inkişaf etdirmək baxımından ən son texnologiya və avadanlıqların istifadə edildiyi Kanada universitetlərində təhsil hər bir şəhərin və bölgənin öz qanunlarına görə dəyişiklik göstərə bilir. Tədris ili 3 semestrə bölündüyü halda, birinci semestr sentyabrın əvvəlindən dekabrın sonuna qədər, ikinci semestr yanvardan aprelə, sonuncu semestr isə may ayından iyul ayına qədər davam edir. Kanada da rəsmi ana dilin fransız və ingilis dilləri olması, iki dilli təhsil almaq istəyən və dil biliklərini daha da inkişaf etdirmək istəyən tələbələrə xitab edir. Həmçinin, Kanada 10.000-dən çox bakalavr və magistr proqramları olan 200-dən çox dövlət və özəl statuslu nüfuzlu universitetlərə sahibdir. Kanada Təhsil Sistemi Kanada təhsil sisteminin fərqləndirici xüsusiyyətlərindən biri də, məktəblərin əsasən yerli hakimiyyət orqanları tərəfindən idarə edilməsidir, yəni ölkədə vahid mərkəzi bir təhsil sistemi yoxdur. Ölkədə hər əyalətin öz Təhsil Nazirliyi var və bu nazirliklər bir çox təhsil qərarlarına nəzarət edir. Təhsil sistemi üç mərhələdən ibarətdir: ibtidai təhsil, orta təhsil və ali təhsil. Manitoba, Ontario və New Brunswick əyalətlərində məcburi təhsil yaşı 18 yaş olmaqla, bu üç əyalət xaricində məcburi təhsil yaşı 16-dır. Əsas və məcburi təhsil sisteminin 10 illik olduğu Kanada da ölkə daxilində məktəblər əsasən sentybar ayında açılır və iyun ayında bağlanır. Kanada – Express Giriş (Express Entry) Sistemi Xaricə köçüb orda yaşamaq fikri olanların ağlına ilk növbədə Kanada gəlir. Kanada, sahəsinə görə dünyanın ən böyük ikinci ölkəsidir. Ərazisinin geniş olmasına baxmayaraq əhalisi cəmi 35 milyondur. Buna görə də Kanada Hökuməti həm işçi qüvvəsinin artırmaq, həm də iqtisadiyyatı canlandırmaq üçün miqrantlara müxtəlif imkanlar təklif edir.   Express Giriş (Express Entry) Sistemi Kanadaya köçmək üçün izləməli olacağınız ən məşhur yollardan biri Express Entry-dir. İşçi statusunda Kanadaya köçmək istəyən hər bir namizəd yaş, təhsil səviyyəsi, xarici dil biliyi və iş təcrübəsinə görə bal toplayır və adı namizədlər siyahısına salınır. Müvafiq qurum tərəfindən ayda ən azı iki dəfə aparılan seçimlərdə minimum bal və yuxarı bal toplayan namizədlər seçilir. Seçilən namizədlərə müraciət dəvəti göndərilir və Kanadaya immiqrasiya üçün müraciət etmələri tələb olunur. Namizədlərin lazımi sənədləri və anket formalarını 60 gün ərzində yekunlaşdırıb təqdim etməlidirlər. Kanada express giriş sistemində qəbul edilən namizədlərin immiqrasiya üçün müraciət prosesi isə ümumiyyətlə altı ay ərzində yekunlaşır. Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz. Quebec üçün ayrıca müraciət müddəti var Express entry hər nə qədər mərkəzi sistem olsa da Quebec əyaləti yalnız öz sistemi əsasında müraciətləri qəbul edir və axtardığı xüsusiyyətlər fərqlənə bilər (məsələn, fransız dilini yaxşı bilmək bu tələblərdən biridir). Buna görə də Kanadaya köçmək məsələsində ciddi məqsədiniz varsa, hansı bölgədə yaşamaq istədiyinizi də əvvəlcədən müəyyən etməlisiniz. Hal-hazırda ayda iki dəfə aparılan seçimlərin hər birində qəbul edilən miqrant sayı təqribən 3000 nəfərdir. 400 baldan çox toplamısınızsa, seçilmə şansınız da olduqca yüksəkdir. Misal üçün 30 yaşdan aşağı, magistr dərəcəsi olan, üç ildən çox iş təcrübəsi olan və IELTS imtahanından minimum 7.0 bal toplayan namizəd 450-dən yuxarı bal toplayacaq.   Express Entry – 30 yaşdan aşağı şəxslərə üstünlük verilir Express Entry 30 yaşdan aşağı olan şəxslərin daha çox şanslı olduğu bir sistemdir. Bunun ən böyük səbəbi yaş üçün verilən ballardır. 29 yaşında olan namizəd yaşa görə 110 bal qazandığı halda 39 yaşında namizəd bu balın yarısını, yəni 55 bal qazana bilir. Buradan da görünür ki, bu iki namizədin digər xüsusiyyətləri eyni olsa belə gənc namizədin ümumi balıdaha yüksək olacaq. Kanadaya köçmək istəyən və 29 yaşını keçmiş namizədlər hər il üçün daha getdikcə daha aşağı bal alacaqlar. Kanadada təhsil almaq da namizədlərin yüksək bal almasına səbəb olur. Kanada təhsili alanlara əlavə ballar verilir. Universiteti bitirdikdən sonra iş icazəsi alan namizədlər bir il işlədikdən sonra qazandıqları Kanada təcrübəsi sayəsində ekstra bal toplayırlar. İş Təklifinin olması əvvəlki dövrlərdə kimi vacib deyil Express giriş sistemində hazırda LMIA dəstəkli iş təklifləri daha aşağı balqazandırır. LMIA, işəgötürənin xarici vətəndaşa (işçiyə) ehtiyacı olduğu və axtardığı keyfiyyətlərə sahib bir işçini Kanadada tapmadığını göstərən bir sənəddir. Kanadalı işəgötürən bu sənədi əldə edir və şirkətində işləmək istəyən işçiyə göndərir. Əvvəllər bu sənəd Kanadaya köçmək istəyən şəxslərə 600 bal qazandırırdısa, indi bunun üçün maksimum 200 bal verilir. Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz. Express Entry üçün ümumi tələblər • 30 yaşdan aşağı olmalıdır • Ən azı iki Bakalavr və ya bir Magistr dərəcəsi olmalıdır • Yüksək İngilis dili və\və ya Fransız dili bacarıqları nümayiş etdirə bilməlidir • Ən azı üç illik iş təcrübəsinə sahib olmalıdır Kanadada ən çox tələb olunan ixtisaslar Bildiyiniz kimi, Kanadada yerli əhali sayı az olduğundan ixtisaslı işçilərə ehtiyac getdikcə artmaqdadır. Ən çox tələb olunan ixtisaslar IT, mühəndislik, proqramlaşdırma, tibb ixtisaslarıdır. Bu ixtisaslara tələb çox olduğundan Kanada xaricdə işçi axını üçün imkan verilir. Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.