Türkiyə universitetləri / YÖS kursları
Kurslar
Türkiyə universitetlərinə qəbul Türkiyə Universitetləri dövlət və özəl təsnifata bölünməklə iki yerə ayrılır. Ali təhsilin ilkin pilləsi olan bakalavr dərəcəsi ixtisaslarına qəbul olmaq üçün YÖS, DİM və SAT imtahan nəticələrindən heç olmasa birinin olması lazımdı. Lakin bununla yanaşı heç bir imtahanda iştirak etmədən və yalnız təkcə orta məktəb Attestat sənədi ilə də universitetə qəbul olmaq mümkündür. YÖS – Bu mərkəzləşdirilmiş deyil, əsəsən universitetlərin daxilində keçirilən bir imtahandır. YÖS imtahanında iştirak etmək istəyən abituriyentlər birbaşa üz tutacağı universitet ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək, universitetin öz daxilində və ya seçilmiş mərkəzdə imtahanlara qatıla bilərlər. SAT – Bu imtahanların nəticələri demək olar ki, bütün universitetlər tərəfindən tanınır. Universitetlərin tələb etdiyi minimum 1200 baldır. Nəticəsi yüksək olan tələbərlərin özəl universitetlər tərəfindən təklif olunan təhsil haqlarından müvafiq olaraqtəhsil haqqından 25, 50 və 75 faiz endirim qazanmaq imkanları var.